ABŞ-da hüquq-mühafizə orqanları 120-dən çox mafiya üzvünü həbs edib

ABŞ-da hüquq-mühafizə orqanları 120-dən çox mafiya üzvünü həbs edib
# 20 yanvar 2011 19:49 (UTC +04:00)
Bakı-APA. ABŞ-da Federal Təhlükəsizlik xıdmətinin əməkdaşları və polis Nyu Yorkda, Nyu-Cersidə və Rod-Aylendə keçirdiyi geniş əməliyyat nəticəsində 120-dən artıq mafioz qrupların üzvlərini həbs edib.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Ədliyə naziri Erik Holder bildirib ki, bu FTB tarixində mafiyaya qarşı ən iri əməlliyat olub.
Həbs olunanlar qətl, narkotrafik və sair ağır cinayətlərdə ittiham olunurlar.
Holder qeyd edib ki, Nyu Yorkda fəaliyyət göstərən beş mafioz qrupun və Nyu Cersidəki bir qrupun üzvləri həbs olunub. Bunlar Qambino, Kolombo, Bonanno, Qenovese və Lyuçze cinayətkar qrupların başçıları və sadə üzvləridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR