ABŞ AB-nin Belarus rəhbərliyinə qarşı tətbiq etdiyi sanksiyalara dəstək verməyə hazırdır

ABŞ AB-nin Belarus rəhbərliyinə qarşı tətbiq etdiyi sanksiyalara dəstək verməyə hazırdır
# 21 yanvar 2011 03:24 (UTC +04:00)
Bakı-APA. ABŞ Avropa Parlamentin Belarusun rəhbərlərinə qarşı tətbiq etdiyi sanksiyalara dəstək verəcəyini bildirib. Bu sanksiyalar Lukaşenkonun dekabr ayında müxalifət tərəfdarlarının keçirdiyi kütləvi aksiyalara qarşı sərt tədbirlər görülməsi ilə bağlıdır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbər görə, ABŞ administrasiyasının nümayəndəsi Filip Krouli bildirib ki, Vaşinqton bu məsələ ilə bağlı Avropa tərəfdaşları ilə məsləhətləşmələr aparır. O deyib ki, ABŞ Lukaşenko hökumətinin üzvlərinə qarşı sanksiyaları dərhal tətbiq etməyə hazırdır.
Xatırladaq ki, Avropa Parlamenti Belarus hökumət üzvlərinə AB ölkələrinə daxil olmasını qadağan olunması barədə qətnamə qəbul edib.
Bununla yanaşı AŞ PA təklif edib ki, Belarusa qarşı iqtisadi sanksiyalar da tətbiq olunsun və Minsk xokkey üzrə dünya çempionatını keçirmə hüquqdan məhrum olunsun.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR