Peru Fələstinin müstəqilliyini tanıyıb

Peru Fələstinin müstəqilliyini tanıyıb
# 24 yanvar 2011 22:59 (UTC +04:00)
Bakı-APA. Peru Fələstin milli muxtariyətini müstəqil dövlət kimi tanıyıb. Bu barədə məlumatı “Frans Press” agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən yayıb. Perunun xarici işlər naziri Antonio Qarsia Belaunda bildirib ki, Fələstinin azad və suveren dövlət kimi tanınması barədə qərar Fələstinin Limadakı səfirinə çatdırılıb. Amma nazir öz çıxışında Perunun müstəqil Fələstini 1967-ci ilə qədərki sərhədlər daxilində tanıyıb-tanımadığını dəqiqləşdirməyib.

Beləliklə, Peru Fələstinin müstəqilliyini tanıyan altıncı Latın Amerikası ölkəsi olub. Daha əvvəl Çili, Argentina, Boliviya, Ekvador və Braziliya analoji addımı atmışdılar. Fələstinin müstəqilliyini tanımaq niyyətini Uruqvay hökuməti də açıqlayıb. Bundan başqa, Nikaraqua və Meksika bu ehtimalı müzakirə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR