Venesuelada 21 nəfər vəbaya yoluxub

Venesuelada 21 nəfər vəbaya yoluxub
# 27 yanvar 2011 02:53 (UTC +04:00)
Bakı-APA. Ötən həftə Dominikan Respublikasından Venesuelaya qayıtmış 21 nəfər vəbaya yoluxub. Bu barədə Venesuelanın səhiyyə naziri Euheniyu Sader bildirib.

O əhalini narahat olmamağa çağırıb.

Vəba epidemiyası 2010-cu ilin oktyabrında Haitidə başlayıb. Artıq 4 minə yaxın haitili xəstəliyin qurbanı olub. Noyabr ayında vəba Haitiylə qonşu olan Dominikan Respublikasına keçib. Hazırda orada 238 nəfər vəba xəstəsi var. Ötən həftənin sonunda isə Dominikan Respublikasında vəbadan ilk xəstə vəfat edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR