Kanadada 2 türk qətlə yetirilib

Kanadada 2 türk qətlə yetirilib
# 29 yanvar 2011 21:39 (UTC +04:00)
Bakı-APA. Kanadanın Monreal şəhərdə 2 türk restorandan çıxıb maşına minərkən odlu silahdan qətlə yetirilib.
APA-nın CNNTÜRK-ə istinadən verdiyi xəbərə görə,
başından yaralanan Abdulla Özqaya yerindəcə, Osman Heybət isə xəstəxanaya aparılarkən ölüblər.
Narkotik ticarəti ilə məşğul olması ehtimal olunan Osman Heybət bir müddət əvvəl öldürülən mafiya lideri Kürd Hüseynin yaxın adamlarından biri olduğu bildirir. Monreal polisi hadisə ilə əlaqədar hələ heç kimi həbs etməyib. Araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR