Ağ Ev: «Suriyaya qarşı güc tətbiqi hələlik nəzərdən keçirilmir»

Ağ Ev: «Suriyaya qarşı güc tətbiqi hələlik nəzərdən keçirilmir»
# 28 mart 2011 22:51 (UTC +04:00)
Bakı-APA. ABŞ Suriyadan etiraz aksiyası keçirmək hüququ da daxil olmaqla, vətəndaşların hüquq və azadlıqlarına riayət olunmasını gözləyir, lakin bu hüquqlara riayət olunmasını təmin etmək üçün Dəməşqə qarşı hər hansı güc tətbiqi imkanı hələlik nəzərdən keçirilmir. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Denis Makdonou Ağ Evdə keçirdiyi brifinqdə təsdiq edib.

Suriyaya qarşı da Liviyaya qarşı tətbiq olunan hərbi aksiyanın mümkünlüyü barədə suala cavab verən Makdonou «bu məsələ nəzərdən keçirilmir», deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR