ABŞ öz vətəndaşlarına Suriyaya səfər etməməyi məsləhət görüb

ABŞ öz vətəndaşlarına Suriyaya səfər etməməyi məsləhət görüb
# 31 mart 2011 23:27 (UTC +04:00)
Bakı-APA. ABŞ Dövlət Departamenti öz vətəndaşlarına Suriyaya səfər etməməyi tövsiyə edir.
APA-nın verdiyi xəbərə görə, hazırda Suriyada olan ABŞ vətəndaşlarına bu ölkəni ən qısa zamanda tərk etmək məsləhət görülüb.
Amerikalılar üçün ən çox Suriyanın Latakiya və Daraa şəhərləri təhlükəli olduğu bildirilir. Bu şəhərlərdə son həftə hökumət əleyhinə nümayişlər dayanmır. Daraa şəhərində nümayişçilərlə polis arasında toqquşmada 60 nəfər həlak olub.
ABŞ Dövlət Departamenti bildirib ki, əhalinin etiraz aksiyaları Suriya hökuməti tərəfindən xarici “qüvvələrin sövdələşməsi” kimi qələmə verməsi bu ölkədə ksenofobiya dalğasına gətirib çıxara bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR