ABŞ Dövlət Departamenti: “Erməni separatçıları Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu nəzarət altında saxlamaqda davam edirlər"

ABŞ Dövlət Departamenti: “Erməni separatçıları Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu nəzarət altında saxlamaqda davam edirlər"
# 09 aprel 2011 22:58 (UTC +04:00)
APA-nın ABŞ Dövlət Departamentinin rəsmi saytına (www.state.gov) istinadən verdiyi xəbərə görə, bu barədə Departamentin 2010-cu ildə Ermənistanda insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatında deyilir.

Sənəddə bildirilir ki, Azərbaycanla sərhəddə və Dağlıq Qarabağ münaqişəsinin cəbhə xətti boyunca qurlaşdırılmış minalar ölüm hallarına səbəb olmaqda davam edir. Minaların partlaması nəticəsində 2010-cu il ərzində 12 hərbiçi yaralanıb, bir mülki şəxs həlak olub.
Hesabatda həmçinin deyilir ki, Ermənistanda insanların hüquq və azadlıqları bir necə sahədə kobud şəkildə pozulur.

2010-cu ildə Ermənistan ordusunda qeyri-döyüş şəraitində 54 hərbiçi həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR