Obama və Kemeron Qəddafiyə qarşı təzyiqin artırılmasını müzakirə ediblər

Obama və Kemeron Qəddafiyə qarşı təzyiqin artırılmasını müzakirə ediblər
# 21 aprel 2011 01:55 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron telefon söhbətində Müəmmər Qəddafi rejiminə qarşı hərbi güclə bərabər diplomatik təzyiqin artırılmasını müzakirə ediblər.

«Prezident və baş nazir BMT TŞ-nın qətnaməsinin tamamilə yerinə yetirilməsinin vacib olduğunu bir daha təsdiqləyiblər. Liderlərin fikrincə, hərbi təzyiq və NATO-nun mülki əhalinin müdafiəsi əməliyyatından əlavə Qəddafi rejiminə qarşı diplomatik və iqtisadi təzyiqi də artırmaq vacibdir», deyə Ağ Evin mətbuat xidməti məlumat verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR