Cozef Liberman: «Pakistan Üsamə ben Ladenin yerini bilmədiyini sübut etməlidir»

Cozef Liberman: «Pakistan Üsamə ben Ladenin yerini bilmədiyini sübut etməlidir»
# 03 may 2011 04:50 (UTC +04:00)
Bakı-APA. Pakistan hakimiyyəti Üsamə ben Ladenin İslamabad yaxınlığında olduğunu bilmədiklərini ABŞ-a sübut etməlidir. Bu barədə ABŞ Konqresi Senatının daxili təhlükəsizlik komitəsinin rəhbəri Cozef Liberman bəyan edib.

«İndi Pakistan üçün əsl təzyiq dövrü başlayır - onlar bizə ben Ladenin orada olduğunu bilmədiklərini sübut etməlidirlər», deyə Liberman bildirib.

Öz növbəsində Nümayəndələr palatasının kəşfiyyat komitəsinin rəhbəri Mayk Rocers Pakistan ərazisində ben Ladenin çoxlu köməkçilərinin gizləndiyinə əmin olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR