ABŞ-ın dövlət borcu 14,3 trilyon dollara çatıb

ABŞ-ın dövlət borcu 14,3 trilyon dollara çatıb
# 17 may 2011 00:51 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın dövlət borcunun həcmi qanunvericiliklə müəyyən olunmuş son həddə – 14,3 trilyon dollara çatıb. ABŞ maliyyə naziri Timoti Qaytner defoltun (iflasın) qarşısının alınması üçün tədbirlər görüldüyünü bildirib.

Belə ki, hökumət 2 iri dövlət fonduna Əlilliyə görə sosial təminat fonduna (Disability Fund) və Dövlət qulluqçularının pensiya fonduna (Civil Service Retirement) ödəmələri dayandırıb. Bu və ya digər texniki addımlar ABŞ-ı avqustun 2-dək iflasdan qoruya biləcək.

Qaytner qanunvericiləri avqustun 2-dək dövlət borcunun yuxarı həddinin qaldırmağa çağırıb. Əks halda ABŞ hökuməti borc öhdəlikləri üzrə ödəmələri edə bilməyəcəyini, yəni müflis olduğunu elan etməli olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR