ABŞ qərargah rəisləri birləşmiş komitəsinə yeni sədr təyin olunub

ABŞ qərargah rəisləri birləşmiş komitəsinə yeni sədr təyin olunub
# 31 may 2011 07:31 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama general Martin Dempsini ölkənin bir nömrəli hərbi postuna – qərargah rəisləri birləşmiş komitəsinin sədri vəzifəsinə təyin edib. APA-nın məlumatına görə, prezident general Dempsini 40 il hərbi xidmətdə olduğunu bildirib və onu ölkənin ən nüfuzlu və təcrübəli hərbçilərindən biri kimi xarakterizə edib. General Martin Dempsi Quru Qoşunlarının qərargah rəisi vəzifəsində çalışıb. O həmçinin İraqda quru qoşunları birinci zirehli tank diviziyasına da rəhbərlik edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR