Apple şirkətinin Asiyada gəlirləri rekord səviyyəyə çatıb

Apple şirkətinin Asiyada gəlirləri rekord səviyyəyə çatıb
# 21 iyul 2011 02:16 (UTC +04:00)
Bakı-APA. Dünya bazarlarında, xüsusilə də iqtisadiyyatı sürətlə inkişaf edən Asiya ölkələrində tələbatın artması ABŞ-ın Apple şirkətinin gəlirlərinin rekord səviyyəyə çatmasına səbəb olub.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, iPhone mobil telefonları və iPad kompüterləri istehsal edən Apple şirkətinin bu il aprel ayından iyun ayına qədər gəlirləri 7,3 milyard dollar təşkil edib. Bu, keçən il eyni vaxtla müqayisədə iki dəfə artıqdır. Apple şirkəti bildirir ki, istehsal Çin, Honq Konq və Tayvanda olduqca yüksək səviyyəyə qalxıb. Şirkətin icraçı direktorlarından biri deyib ki, Çində satışların daha da artacağı gözlənilir. Bütün dünya üzrə Apple ilin bir kvartalında iPhone telefonlarının satışından 20,3 milyon dollar gəlir əldə edildiyini bildirir. iPad kompüterlərinin satışından əldə edilən gəlir isə 9.25 milyon dollar təşkil edir. Apple kompüter satışı şirkətə 3,95 milyon dollar gəlir gətirib. Bu, keçən il eyni müddətlə müqayisədə 14 faiz artıqdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR