ABŞ İran rəhbərliyini “Əl-Qaida” ilə əlaqədə günahlandırıb

ABŞ İran rəhbərliyini “Əl-Qaida” ilə əlaqədə günahlandırıb
# 29 iyul 2011 10:27 (UTC +04:00)
Bakı-APA. Barak Obama administrasiyası İran rəhbərliyi “Əl-Qaida” terror təşkilatı ilə əlaqədə günahlandırıb. APA-nın məlumatına görə, administrasiya İranı terror təşkilatının Əfqanıstan və Pakistanda silahlılara hazırlıq keçən şəbəkəsi ilə gizli sövdələşməyə getdiyini bildirib. Bu şəbəkənin altı üzvü ABŞ Maliyyə Nazirliyi tərəfindən terrorçu kimi tanınıb. “Associated Press” bildirir ki, ABŞ kəşfiyyat qurumlarında İran hökumətinin “Əl-Qaida” ilə əlaqələrinə dair fikir birliyi yoxdur. Bununla belə ABŞ Maliyyə Nazirliyi hesab edir ki, İran Əfqanıstan və Pakistana silahlılar və maliyyə yardımı göndərilməsində ötürücü məntəqə rolunu oynayır. Amerika hökumətinin sanksiya tətbiq edəcəyi terrorçular siyahısında Üsamə bin Ladenin təyin etdiyi “Əl-Qaida”nın İran təmsilçisi Atiyyə Əbdürrəhman da var. Sanksiyalar həmin şəxslərin bank hesablarının dondurulmasını, ABŞ vətəndaşları və şirkətlərinə həmin şəxslərlə hər hansı əlaqəyə girməyə qadağa qoyulmasını nəzərdə tutur. Sanksiya tətbiq ediləcək altı nəfər arasında İran vətəndaşı yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR