Kolumbiyada qiyamçılar 4 hərbçini qətlə yetiriblər

Kolumbiyada qiyamçılar 4 hərbçini qətlə yetiriblər
# 26 noyabr 2011 20:42 (UTC +04:00)
Bakı-APA. Kolumbiyada FARK radikal solçu qiyamçı qruplaşması 12 il bundan qabaq əsir götürdüyü 4 hərbiçini qətlə yetirib.
APA-nın verdiyi xəbərə görə, bu barədə Kolumbiyanın müdafiə naziri Karlos Penzon məlumat verib.
Öldürülən hərbiçilərin meyitləri ölkənin cənubunda aparılan hərbi əməliyyat zamanı aşkarlanıb.
Bu ilin noyabrında Kolumbiyada ən iri radikal solçu qruplaşması olan FARK-ın lideri Rodriqo Lomeno seçilib. FARK-ın sabiq lideri Alfonso Kano ölkənin cənub qərbində xüsusi əməliyyat nəticəsində öldürülmüşdü.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR