Məhkəmə Maykl Ceksonun şəxsi həkimini 4 il müddətinə azadlıqdan məhrum edib

Məhkəmə Maykl Ceksonun şəxsi həkimini 4 il müddətinə azadlıqdan məhrum edib
# 30 noyabr 2011 04:38 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, məhkəmə Mürreyi müğənninin ölümündə təqsirli bilib, Cinayət Məcəlləsinin bu maddəsi ilə maksimum müddətdə cəza təyin edib.

Məhkəmədə ittiham tərəfi sübut edə bilib ki, Mürreyin Ceksona verdiyi yüksək dozada yuxu dərmanı – propofol digər sakitləşdirici preparatlarla qarışaraq müğənninin ölümünə səbəb olub. Hakim hökmü oxuyarkən həkimin hərəkətlərini “insanın etibarından dəhşətli dərəcədə sui istifadə etmək” adlandırıb.

Müdafiə tərəfinin vəkili Ed Çernoff Mürreyi şərti olaraq cəzalandırmağa çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR