Keçmiş vitse-prezident Riçard Çeyniyə ürək köçürülüb

Keçmiş vitse-prezident Riçard Çeyniyə ürək köçürülüb
# 25 mart 2012 03:43 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın keçmiş vitse-prezidenti 71 yaşlı Riçard Çeyniyə Virciniya ştatındakı xəstəxanaların birində ürək köçürülüb.

Çeyni bu əməliyyatdan ötrü 20 aydan çox gözləyib. O donorun adını bilmir.

Riçard Çeyni indiyədək 5 infarkt keçirib.

Çeyni 2001-2009-cu illərdə Corc Buşun administrasiyasında vitse-prezident vəzifəsini tutub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR