Miçiqan ştatında yanğın 100-dən artıq tikilini məhv edib

Miçiqan ştatında yanğın 100-dən artıq tikilini məhv edib
# 01 iyun 2012 01:47 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Miçiqan ştatında meşə yanğını 9 hektar meşəni və 100 tikilini məhv edib. «Bu, ilk növbədə, kənd yerlərində yerləşən yolkənarı otellər, dükanlar və kottec tipli yaşayış evləridir», deyə Detroyt şəhərinin yanğınsöndürmə xidmətində bildiriblər.

Yanğının qarşısını almaq hələlik mümkün olmur. Güclü isti və külək yanğının yayılmasına səbəb olur.

ABŞ-ın cənub-şərqində də meşə yanğınları ilə mübarizə aparılır. Arizona və Nyu-Meksiko yanğından daha çox zərər görüblər. 1,5 min nəfərdən artıq yanğınsöndürən fəlakətlə mübarizəyə cəlb olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR