ABŞ-ın Federal Məhkəməsi İranın Xalq Mücahidləri Təşkilatı ilə bağlı hökm çıxarıb

ABŞ-ın Federal Məhkəməsi İranın Xalq Mücahidləri Təşkilatı ilə bağlı hökm çıxarıb
# 02 iyun 2012 13:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ Federal Məhkəməsi Dövlət Departamentindən 4 ay ərzində İranın Xalq Mücahidləri Təşkilatının adının terror təşkilatlarının siyahısından çıxarıb-çıxarılmaması ilə bağlı qərar verməsini tələb edən qərar qəbul edib. APA-nın məlumatına görə, məhkəmənin hökmünə əsasən, əgər ABŞ Dövlət Departamenti 4 ay ərzində məsələ ilə bağlı qərar verməsə, 4 aydan sonra təşkilatın adı siyahıdan çıxarılacaq.

Qeyd edək ki, Avropa İttifaqı İranın Xalq Mücahidləri Təşkilatının adını 2009-cu ildə terror qruplarının siyahısından çıxarıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR