Hillari Klinton: «İran Moskva görüşünə qədər konkret addımlar atmalıdır»

Hillari Klinton: «İran Moskva görüşünə qədər konkret addımlar atmalıdır»
# 02 iyun 2012 16:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. «İran «altılıq» ölkələri ilə bu ay keçiriləcək Moskva görüşünə qədər konkret addımlar atmalıdır». APA-nın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Hillari Klinton jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ABŞ Tehranın növbəti müzakirələrə qədər nüvə proqramı ilə bağlı konkret işlər görməsinə şahid olmaq istəyir: «İyunda keçiriləcək Moskva görüşündə İranın nüvə proqramı ilə bağlı narahatlığı azaltmaqda ciddi olub-olmadığını göstərəcək».

Qeyd edək ki, iyunun 18-19-da Rusiya paytaxtında İranla BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Çin) və Almaniyadan ibarət «altılıq» ölkələri arasında növbəti müzakirələr keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR