Kofi Annan cümə günü ABŞ dövlət katibi ilə görüşəcək

Kofi Annan cümə günü ABŞ dövlət katibi ilə görüşəcək
# 05 iyun 2012 02:15 (UTC +04:00)
Bakı-APA. BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya böhranı üzrə xüsusi nümayəndəsi Kofi Annan iyunun 8-də ABŞ dövlət katibi Hillari Klinton ilə görüşəcək.
APA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Annanın mətbuat katibi deyib. Lakin görüşün detalları açıqlanmayıb.
Qeyd edək ki, Suriya müxalifəti Annan planı çərçivəsində elan olunan atəşkəs rejimindən çıxdığını elan edib. Müxalifət bu qərarı hökumət qüvvələrinin atəşkəs rejiminə riayət etməməsi ilə izah edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR