Saakaşvili Hillari Klintona Gürcüstan pasportu hədiyyə edib

Saakaşvili Hillari Klintona Gürcüstan pasportu hədiyyə edib
# 05 iyun 2012 17:45 (UTC +04:00)
Bakı-APA. Tiflisdə səfərdə olan ABŞ Dövlət katibi Hillari Klinton Gürcüstanın suverenliyini dəstəklədiyi bildirib və Gürcüstan rəhbərliyini oktyabrda keçiriləcək parlament seçkilərində şəffaflığı təmin etməyə çağırıb.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Klinton və Gürcüstanın xarici işlər naziri Nika Gilauri ABŞ-Gürcüstan strateji tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq komissiyanın iclasını keçiriblər. Klinton bildirib ki, ABŞ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və Rusiyanı işğal etdiyi Gürcüstan torpaqlarını azad etməsinə çağırıb.
Klinton Gürcüstan müxalifəti ilə də görüşüb və bildirib ki, ABŞ Gürcüstanda keçiriləcək parlament seçkilərini diqqətlə izləyəcək.
Görüş zanamı prezident Mixail Saakaşvili Klintona Gürcüstan pasportu hədiyyə edib.
Birgə keçirilən mətbuat konfransında Klinton bildirib ki, ABŞ-ın diplomatik missiyaları Abxaziya və Cənubi Osetiyada yaşayan insanlar üçün nəzərdə tutulan “status-neytral” pasportların tanıması barədə təlimat alacaqlar. Bu halda Abxaziya və Cənubi Osetiyadan olan gənclər ABŞ-ın ali təhsil ocaqlarında biliklərini artıra biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR