NATO-nun baş katibi: “Suriyaya hərbi müdaxilə etmək niyyətimiz yoxdur”

NATO-nun baş katibi: “Suriyaya hərbi müdaxilə etmək niyyətimiz yoxdur”
# 06 iyun 2012 16:23 (UTC +04:00)
Bakı - APA. NATO hesab etmir ki, Suriyaya hərbi müdaxilə Suriya böhranını həll edə biləcək. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bunu NATO-nun baş katibi Andres Foq Rasmussen bildirib.

“Mənim Suriyadakı daxili vəziyyətə müdaxilə etmək niyyətim yoxdur. Düşünmürəm ki, hərbi müdaxilə problemləri həll etmək iqtidarındadır” - deyə baş katib qeyd edib.

A.F.Rasmussen deyib ki, bu gün Suriya böhranının nizamlanması üçün yeganə yol Kofi Annan planıdır: “Mən bütün tərəfləri planı yerinə yetirməyə çağırıram”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR