ABŞ dövlət katibi: “Suriyaya qarşı sanksiyalar davam etdiriləcək”

ABŞ dövlət katibi: “Suriyaya qarşı sanksiyalar davam etdiriləcək”
# 06 iyun 2012 16:58 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibi Hillari Klinton bəyan edib.

“Suriya prezidenti Bəşər Əsəd Suriya xalqı üçün sülh, sabitlik və ya hansısa müsbət dəyişikliklər yaratmaq iqtidarında deyil” – deyə H.Klinton bildirib.

ABŞ dövlət katibi Suriyanın hazırkı rəhbərliyinə qarşı əlavə sanksiyaların tətbiqi məsələsinin müzakirə olunduğunu vurğulayıb: “Bu gün Vaşinqtonda “Suriyanın dostları” ilə bu ölkədəki sabitliyi təmin etmək və Əsəd rejiminə qarşı daha çox təzyiq etmək imkanları müzakirə olunub”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR