Klinton və Annan Suriyada hakimiyyətin müxalifətə verilməsini müzakirə ediblər

Klinton və Annan Suriyada hakimiyyətin müxalifətə verilməsini müzakirə ediblər
# 09 iyun 2012 03:54 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət katibi Hillari Klinton BMT və ƏDL-in xüsusi elçisi Kofi Annanla Suriyada hakimiyyətin hazırkı hökumətdən müxalifətə verilməsi strategiyasını müzakirə ediblər. Bu barədə ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland məlumat verib.

Görüşdə həmçinin Suriya münaqişəsinin tənzimlənməsinə dair Annan planının həyata keçirilməsi üçün beynəlxalq səylərin birləşdirilməsi ətrafında da fikir mübadiləsi olub.

Suriyada artıq bir ildən çoxdur ki, hökumət əleyhinə çıxışlar davam edir. Aprelin ortalarından Suriyada Annan planına uyğun olaraq atəşkəs elan olunub. Lakin münaqişə tərəfləri mütəmadi olaraq atışmalar və həlak olanlar barədə məlumatlar yayırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR