Uqo Çaves Venesuela prezidentliyinə namizəd kimi qeydə alınıb

Uqo Çaves Venesuela prezidentliyinə namizəd kimi qeydə alınıb
# 12 iyun 2012 03:43 (UTC +04:00)
Bakı-APA. Bazar ertəsi Venesuela prezidenti Uqo Çavesin oktyabrın 7-nə təyin olunmuş prezident seçkilərində iştirak etmək üçün namizədliyi qeydə alınıb.

Formal olaraq Milli seçki komissiyasında qeydiyyatdan keçmiş bütün 55 partiyanın Venesuela prezidentliyinə namizəd sürməyə ixtiyarı var. Bu dəfəki seçkilərdə əsas mübarizənin hazırkı prezident 57 yaşlı Uqo Çaves və müxalifətçi Demokratik birlik blokunun namizədi 39 yaşlı Enrike Kapriles arasında gedəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR