Pentaqon rəhbəri İsrail prezidenti ilə İranın mübahisəli nüvə proqramını müzakirə edib

Pentaqon rəhbəri İsrail prezidenti ilə İranın mübahisəli nüvə proqramını müzakirə edib
# 12 iyun 2012 22:24 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Hazırda ABŞ-da səfərdə olan İsrail prezidenti Şimon Peres bu ölkənin müdafiə naziri (Pentaqon) Leon Panetta ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə İranın mübahisəli nüvə proqramı və Suriya böhranı əsas müzakirə mövzusu olub. Eyni zamanda görüşdə ABŞ və İsrail arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinin zəruri olduğu da vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR