Hillari Klinton: “Altılıq” ölkələri İrandan nüvə proqramından tamamən imtina etməsini tələb edəcəklər”

Hillari Klinton: “Altılıq” ölkələri İrandan nüvə proqramından tamamən imtina etməsini tələb edəcəklər”
# 13 iyun 2012 04:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “ “Altılıq” ölkələri İranla əməkdaşlığa dair dəqiq sxem hazırlayaraq Tehrana təklif etmək niyyətindədir”. APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibi Hillari Klinton deyib. O bildirib ki, əməkdaşlıq sxeminin əsas şərti İranın nüvə proqramını tamamən dayandırması olacaq: “ “Altılıq” ölkələrinin İrana təklif etdiyi kompromis Tehranın nüvə fəaliyyətindən tam imtina etməsinə əsaslanır. Bütün beynəlxalq aləm, xüsusən də Rusiya və Çin İranın nüvə proqramının diplomatik yollarla həllinin tərəfdarıdır. Tehranın hansı addım atacağını bilmirəm. Lakin əminəm ki, Rusiya və Çin İranı Moskva görüşünə suallara hazır cavabla getməsi üçün sıxışdırırlar”. H. Klinton Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrana səfərinə də toxunaraq bildirib ki, Rusiya müzakirələrdə irəliləyişə nail olmaq üçün İrandan nə gözlədiyini aydın şəkildə göstərir. O çıxışında İranı öz təsirini genişləndirməkdə və terrordan alət olaraq istifadə etməkdə də ittiham edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR