ABŞ prezidenti Belarusa qarşı sanksiyaların müddətini uzadıb

ABŞ prezidenti Belarusa qarşı sanksiyaların müddətini uzadıb
# 15 iyun 2012 03:44 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Belarusa qarşı sanksiyaların müddətini uzadıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Obama Konqresə ünvanlandığı məktubda bildirib ki, “Belarus hökumətinin bəzi üzvlərinin fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyini zərbə alnına qoya bilər”.
Eyni zamanda ABŞ prezidenti bildirib ki, Belarus demokratiyanın inkişafında geri çəkilib. O Belarus müxalifəti, vətəndaş cəmiyyəti üzvlərinin təhdid olunmasını, müstəqil mediaya qarşı təzyiqlərin güclənməsini qeyd edib.

Xatırladaq ki, Belarusa qarşı ilk sanksiyaları 2006-cı ildə ABŞ prezidenti Corc Buş tətbiq edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR