Paraqvayda kəndlilər və polislər arasında qarşıdurmada 16 nəfər həlak olub

Paraqvayda kəndlilər və polislər arasında qarşıdurmada 16 nəfər həlak olub
# 15 iyun 2012 21:53 (UTC +04:00)
Bakı-APA. Paraqvayda polis və torpaqsız kəndlilər arasında qarşıdurma 16 nəfərin ölümünə, 80 nəfərin isə yaralanmasına səbəb olub. Bu barədə ölkənin daxili işlər naziri Karlos Filitsola məlumat verib.

Həlak olanların 7 nəfəri polisdir.

Qarşıdurma ölkənin cənub-şərqində Kanendiyu əyalətindəki Kuruquatu şəhərində baş verib. Polis özbaşına olaraq torpaqları zəbt etmiş kəndlilərə qarşı reyd keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR