Obama: «Suriyada zorakılığa son qoyub siyasi prosesə keçmək lazımdır»

Obama: «Suriyada zorakılığa son qoyub siyasi prosesə keçmək lazımdır»
# 19 iyun 2012 03:53 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Rusiya dövlət başçısı Vladimir Putinlə görüşdən sonra keçirdiyi mətbuat konfransında Suriyada zorakılığa son qoyulmasının zəruriliyini bəyan edib.

«Biz razılaşdıq ki, Suriyada zorakılığa son qoyulmasına nail olmalıyıq, bu ölkədə vətəndaş müharibəsinin və qan tökülməsinin qarşısını alacaq siyasi proses zəruridir», deyə ABŞ prezidenti bildirib.

Obamanın sözlərinə görə, iki ölkənin liderləri beynəlxalq təşkilatlar və Kofi Annanla birlikdə bu problemin həllinə çalışacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR