ABŞ-ın ticarət naziri istefa verib

ABŞ-ın ticarət naziri istefa verib
# 21 iyun 2012 19:47 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın ticarət naziri Con Brayson istefa verib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, öz nazirliyinin işçilərinə ünvanlanmış məktubda o bildirib ki, ABŞ prezidentinə bu qərar barədə məlumat verib. Nazirin istefasını Barak Obama qəbul edib.
Qeyd edək ki, 68 yaşlı Brayson iyunun 9-da Kaliforniyada iki yol-nəqliyyat qəzasının səbəbkarı olub. O əvvəl öz “Leksus” markalı maşınını dəmir yol keçidində dayanan “Byuyik” avtomobilinə çırpıb. Beş dəqiqə sonra başqa kiçik avtomobil qəzası törədib. Həmin gün polislər onu sükan arxasında huşsuz vəziyyətdə tapıblar.
Ehtimallara görə nazir hər iki hadisədən sonra hadisə yerindən qaçıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR