Paraqvay parlamenti ölkə prezidentini istefaya göndərib

Paraqvay parlamenti ölkə prezidentini istefaya göndərib
# 23 iyun 2012 02:54 (UTC +04:00)
Bakı-APA. Paraqvay prezidenti Fernando Luqo parlamentin onu istefaya göndərmək barədə qərarına tabe olduğunu bəyan edib. Eyni zamanda Luqo bu qərarın demokratiyaya zərbə olduğunu bildirib.

APA-nın məlumatına görə, bir neçə saat öncə Paraqvay parlamenti «öz vəzifəsini layiqincə yerinə yetirə bilmədiyinə görə» prezident Fernando Luqonun istefası barədə qərar qəbul edib. Qərarın lehinə 39, əleyhinə 4 deputat səs veriblər. Qərara səbəb ötən həftə polis və kəndlilərin qarşıdurmasında 17 nəfərin həlak olması olub. Xatırladaq ki, həmin hadisə zamanı polis qanunsuz olaraq torpaqları zəbt etmiş kəndlilərə qarşı aksiya keçirmişdi.

61 yaşlı Luqo 2008-ci ildə Paraqvayın prezidenti seçilib. O istefa verdikdən sonra, 2013-cü ilin aprelində yeni prezident seçkilərinə qədər dövlət başçısı vəzifəsini vitse-prezident Federiko Franko icra edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR