Annan Suriyada Milli birlik hökuməti yaratmağı təklif edib

Annan Suriyada Milli birlik hökuməti yaratmağı təklif edib
# 28 iyun 2012 03:46 (UTC +04:00)
Bakı-APA. BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annan Suriyada Milli birlik hökuməti yaratmağı təklif edib. Annanın təklifinə görə, bu hökumətə həm hakimiyyət, həm də müxalifət nümayəndələri daxil olmalıdırlar.

Annanın təklifi iyunun 30-da Cenevrədə keçirilməsi planlaşdırılan Suriyaya dair beynəlxalq görüşdə müzakirə olunacaq əsas mövzulardan biri olmalıdır.

Annan həmçinin Suriyada milli barışığa mane olan şəxslərin sözügedən hökumətə daxil olmamasını təklif edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR