Peruda avtobus dərəyə yuvarlanıb: 13 nəfər həlak olub

Peruda avtobus dərəyə yuvarlanıb: 13 nəfər həlak olub
# 28 iyun 2012 04:50 (UTC +04:00)
Bakı-APA. Peruda sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində ən azı 13 nəfər həlak olub.

Faciə ölkənin mərkəzi Uanuko bölgəsində baş verib. Avtobus Pukaypa şəhərindən paytaxt Limaya doğru hərəkət edirmiş. Hadisə nəticəsində 30 nəfərin xəsarət aldığı da bildirilir. Sürücünün idarəetməni itirməsinin səbəbləri məlum deyil. Hadisə yerində xilasedicilər işləyirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR