Braziliyada təyyarə qəzası baş verib, 250-dən artıq ölən var

Braziliyada təyyarə qəzası baş verib, 250-dən artıq ölən var
# 18 iyul 2007 09:01 (UTC +04:00)
APA-nın məlumatına görə, uçuş xəttinə enən təyyarənin əyləc sistemində problem yaranıb və təyyarə yanacaq saxlanan anqara çırpılıb. Baş verən partlayış zamanı təyyarədəki sərnişinlərdən başqa həmin vaxt anqar yaxınlığında olan çoxlu sayda aeroport əməkdaşı da ölüb. Xilasedicilər qəzanın qurbanlarının 250-dən çox ola biləcəyini ehtimal edir. Şahidlər hadisə zamanı anqar yaxınlığındakı sərbəst zonada yerləşən mağazalarda çoxlu sayda insanın olduğunu bildirir. Həmin şəxslərin bir çoxu baş verən partlayış zamanı dünyasını dəyişib. Hazırda xilasedicilər dağıntılar altından 25 cəsədi çıxarmağa müvəffəq olublar. “A-320” təyyarəsi Portu-Aleqri-San-Paulu reysini həyata keçirirmiş. TAN aviaşirkətinin məlumatına görə, təyyarədə 170 sərnişin və 6 heyət üzvü olub, onların hamısı qəzada dünyasını dəyişib. Braziliya prezidenti Luis İnasiu Lula da Silva hökumətin fövqəladə toplantısını çağırıb. Baş verən qəza ilə əlaqədar xalqa baş sağlığı verən prezident hadisənin səbəblərinin araşdırılması üçün xüsusi dövlət komissiyası yaradılacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR