“Los-Angeles Times” qəzetində Kaliforniyanın erməni icmasını ifşa edən məqalə dərc olunub

“Los-Angeles Times” qəzetində Kaliforniyanın erməni icmasını ifşa edən məqalə dərc olunub
# 24 iyul 2007 09:26 (UTC +04:00)
Bu barədə APA-nın ABŞ bürosundan məlumat verilib. Məqalədə qeyd olunur ki, 2003-cü ildə maliyyə çətinlikləri baxımından ştatın millət vəkilləri Kaliforniyanın bir neçə şəhərində fəaliyyət göstərən 10-a yaxın ticarət palatalarını bağlamaq qərarına gəliblər. Lakin, burada yeganə istisna Ermənistana şamil olunur. İrəvanla ticarət əlaqələri üçün palatanın ləğv olunmaması ideyasının müəllifi, senator Cek Skot öz mövqeyini Kaliforniyada istehsal olunan malları Ermənistan vasitəsi ilə keçmiş sovet ölkələrinə ixrac etmək arzusu ilə əsaslandırıb. “Los-Angeles Times” qeyd edir ki, senator Skot əsasən ermənilərin məskunlaşdığı Qlendeyl şəhərinin daxil olduğu dairədən ştatın yuxarı palatasına üzv seçilib. Ştatın statistikasına görə, 2006-ci ildə Ermənistanın Kaliforniyanın ixrac əməliyyatlarında xüsusi çəkisi 2 faiz, yəni, cəmi 25 milyon dollar olub. Tanınmış ticarət adamları Ermənistanın guya böyük bir regiona qapı olması barədə bəyanatı gülünclə qarşılayıblar. Uzun illər ABŞ-ın xarici ticarətlə məşğul olan hökumət qurumlarında çalışan Cerri Levin bildirib ki, “ölkənin digər ştatlarının ticarət rəsmiləri Kaliforniyanın real xeyir gətirən ticarət palatalarını bağlayaraq yalnız Ermənistanda olan palatanı saxlamaq qərarını eşidəndə gülməkdən ölüblər. Bu azmış kimi indi həmin ticarət palatasının səlahiyyətlərini bütün MDB ölkələrinə şamil etmək istəyirlər. Axı MDB ölkələrinin Ermənistana nə aidiyyəti var? Bu, gülüncdür”. Eyni zamanda “Los Angeles Times” yazıb ki, rəsmi İrəvanın siyasəti Ermənistanın Azərbaycan və Türkiyə ilə heç bir dollarlıq belə ticarət dövriyyəsinin olmamasına gətirib çıxarıb. Bunları nəzərə alan yerli rəsmi Biznes, Nəqliyyat və Daşınmaz Əmlak Agentliyi adı çəkilən ticarət palatasının ümidləri doğrultmaması barədə rəy verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR