ABŞ İraqda daha 9 nəfər itki verib

ABŞ İraqda daha 9 nəfər itki verib
# 11 sentyabr 2007 07:13 (UTC +04:00)
Bağdad yaxınlığında baş verən yol qəzasında 7 amerikalı əsgər ölüb, 11 hərbçi yaralanıb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, qəza dustaqları daşıyan maşının aşması nəticəsində baş verib. Qəza zamanı maşında olan iki dustaq dünyasını dəyişib. Bundan başqa ABŞ qoşunları dünən Bağdad və Kərkükdə keçirilən əməliyyat zamanı daha iki nəfər itki veriblər. Qeyd edək ki, İraqda hərbi əməliyyatların başlandığı 2003-cü ildən etibarən ABŞ münaqişə zonasında 3,500 nəfər itki verib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR