Dövlət katibinin müavini Con Hud: “ABŞ rusların nəzarətində olan obyektləri raketdən müdafiə sisteminə qoşmağa razıdır”

Dövlət katibinin müavini Con Hud: “ABŞ rusların nəzarətində olan obyektləri raketdən müdafiə sisteminə qoşmağa razıdır”
# 11 sentyabr 2007 08:28 (UTC +04:00)
ABŞ raketdən müdafiə sisteminin qurulması istiqamətində Rusiyaya yeni təkliflər təqdim edib. APA-nın ABŞ bürosunun xəbərinə görə, bunu dövlət katibinin beynəlxalq təhlükəsizlik və kütləvi qırğın silahlarının yayılmaması məsələləri üzrə müavini Con Hud deyib. C. Hud yeni təkliflərin artıq rəsmi Moskvaya təqdim olunduğunu və onların oktyabr ayının 3-də Rusiyada keçiriləcək toplantıda müzakirə olunacağını bildirib. Dövlət katibinin müavini prezident Vladimir Putinin Qəbələ RLS-lə bağlı təklifinə toxunaraq rəsmi Vaşinqtonun rusların nəzarətində olan obyektləri raketdən müdafiə sisteminə qoşmağa razı olduğunu söyləyib: “Biz prezident Putindən gələn təklifi raketdən müdafiə sistemi üzrə əməkdaşlığın genişləndirilməsi üçün istifadə etmək niyyətindəyik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR