“Umberto” fırtınası ABŞ-ın Texas ştatında bir nəfərin ölümünə səbəb olub

“Umberto” fırtınası ABŞ-ın Texas ştatında bir nəfərin ölümünə səbəb olub
# 14 sentyabr 2007 09:39 (UTC +04:00)
Meksika Körfəzində başlayan “Umberto” tropik fırtınası ABŞ-ın Texas ştatı sahillərinə yaxınlaşıb. APA-nın xəbərinə görə, Texasın bir neçə şəhəri fırtınadan zərər çəkib. Yüz minə yaxın adamın yaşadığı Bomont və Port-Artur şəhərlərində elektrik xətləri kəsilib. Nəticədə iki neftayırma zavodunun fəaliyyəti dayanıb. Bric-siti şəhərində isə bir nəfər ölüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR