ABŞ-dakı ən böyük Atom Elektrik Stansiyası terror təhlükəsinə görə bağlanıb

ABŞ-dakı ən böyük Atom Elektrik Stansiyası terror təhlükəsinə görə bağlanıb
# 03 noyabr 2007 09:50 (UTC +04:00)
Məsələ ondadır ki, fəhlələrdən birinin paltarında qəribə maddənin izi aşkarlanıb. Təhlükəsizlik əməkdaşları AES-ə nə keçirmək istədiyini müəyyən etmək üçün həmin fəhləni dindirirlər. Maddənin tərkibini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Bunun ardınca fəhlənin idarə etdiyi maşında əldəqayırma partlayıcı qurğu aşkarlanıb. Ekspertlərin sözlərinə görə, bomba işə düşəcəyi təqdirdə maşını sıradan çıxarmaq gücünə malik olsa da, bu partlayış AES-ə ciddi ziyan vura bilməz. Fəhlə isə maşının yük yerində gizlədilmiş bomba barədə xəbərsiz olduğunu iddia edir.
AES rəhbərliyi hazırda obyektə heç bir təhlükə olmadığını, stansiyanın normal rejimdə işlədiyini, ərazinin isə təhlükəsizlik məqsədilə bağlı elan olunduğunu bəyan edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR