ABŞ son 60 ildə İsrailə 108 milyard dollar birbaşa maliyyə yardımı göstərib

ABŞ son 60 ildə İsrailə 108 milyard dollar birbaşa maliyyə yardımı göstərib
# 08 yanvar 2008 10:44 (UTC +04:00)
ABŞ son 60 il ərzində İsrailə 108 milyard dollar birbaşa maliyyə yardımı göstərib. APA-nın məlumatına görə, Yaxın Şərq münaqişəsi başladıqdan sonra Vaşinqton İsrailə hər gün orta hesabla 5 milyon dollar birbaşa maliyyə yardımı göstərir. Bu illər ərzində ABŞ İsrailə ən az yardımı 2006-cı ildə ayırıb. Ekspertlər ABŞ-ın İsrailə göstərdiyi digər iqtisadi yardımların miqdarının isə 108 milyard dollardan çox olduğunu bildirirlər. Onların sözlərinə görə, ərəb ölkələrinin İsrailə neft satışına embarqo qoymasının iqtisadi nəticələrinin aradan qaldırılması ABŞ-a külli-miqdarda vəsaitə başa gəlir. Qeyd edək ki, Vaşinqton Fələstinə heç bir iqtisadi yardım ayırmır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR