ABŞ prezidentliyinə namizədlərdən biri yarışdan çəkilib

ABŞ prezidentliyinə namizədlərdən biri yarışdan çəkilib
# 10 yanvar 2008 09:10 (UTC +04:00)
Nyu-Meksiko ştatının qubernatoru Bill Riçardson prezidentliyə namizədliyini geri götürdüyünü açıqlayıb. APA-nın ABŞ mənbələrinə istinadən verdiyi məlumata görə, demokrat B. Riçardson Ayova və Nyu-Hempşir ştatlarında keçirilən ilkin seçkilərdə məğlub olduqdan sonra bu qərara gəlib. O, Ayovada 2%, Nyu-Hempşirdə isə 5% səs toplayıb. Xatırladaq ki, daha əvvəl digər demokrat senator Co Bayden də yarışdan çəkilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR