ABŞ senatoru: “Erməni soyqırımı ilə bağlı qətnamə layihəsinin qəbulu ABŞ-Türkiyə münasibətlərinə zərbə vuracaq”

ABŞ senatoru: “Erməni soyqırımı ilə bağlı qətnamə layihəsinin qəbulu ABŞ-Türkiyə münasibətlərinə zərbə vuracaq”
# 09 fevral 2008 11:12 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, senator bu fikirlərini Georgia ştatında yaşayan bir azərbaycanlının ona 106-cı qətnamə layihəsi (qondarma “erməni soyqrımı”nın tanınması ilə bağlı layihə) ilə bağlı yolladığı etiraz məktubuna cavabında bildirib. ABŞ Azərbaycanlılarının Şəbəkəsi (USAN) vasitəsi ilə yollanan məktuba cavabında senator həm də 106-cı qətnamənin qəbulunun Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasına xidmət etməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, Türkiyə terrorla mübarizədə, İraq əməliyyatında ABŞ-a böyük yardım edib. Senator iki ölkənin strateji məsələlərlə bağlı əməkdaşlığı davam etdirməsinin vacib olduğunu yazıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR