Fidel Kastro hakimiyyətdən imtina edib

Fidel Kastro hakimiyyətdən imtina edib
# 19 fevral 2008 09:34 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Kuba Kommunist Partiyasının orqanı “Granma” qəzetində komandantenin xalqa müraciəti dərc edilib. F. Kastronun müraciətində deyilir: “Məni inqilabın taleyi baxımından vacib qərarların qəbul olunacağı parlamentin üzvü seçən əziz vətəndaşlarıma söyləmək istəyirəm ki, Dövlət Şurasının sədri və Ali Baş Komandan vəzifələrini tutmağa razılıq verməyəcəyəm. Fiziki səbəblərə görə məhrum qaldığım enerjili və çevik fəaliyyət tələb edən bu məsuliyyəti üzərimə götürməklə vicdanımı satmış olardım. Mən bunu vəziyyəti dramatikləşdirmədən deyirəm. Sizinlə vidalaşmıram. Mən ideya uğrunda bir əsgər kimi mübarizə aparmaq istəyirəm”. Kuba lideri “Yoldaş Fidelin düşüncələri”ni yazmağa davam edəcəyini və bunun inqilabın müdafiəsi üçün daha bir silah olacağını söyləyib: “Mənim səsim eşidiləcək”.
Xatırladaq ki, 2006-cı ilin iyulunda F. Kastronun bağırsağında cərrahiyyə əməliyyatı aparıldıqdan sonra o, mühüm dövlət vəzifələrini qardaşı Raula tapşırıb. F. Kastro yanvarın 20-də keçirilən parlament seçkilərində Santyaqo-de-Kuba şəhərindən deputat seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR