ABŞ-da xəstəxanada atışma baş verib, ölən və yaralananlar var

ABŞ-da xəstəxanada atışma baş verib, ölən və yaralananlar var
# 28 mart 2008 08:17 (UTC +04:00)
Polislər cinayətkarı zərərsizləşdirmək istəyən zaman onu çiyin nahiyəsindən yaralayıblar. Hazırda faktla bağlı araşdırma aparılır. Kolumbus polis orqanlarının ilkin rəyinə görə, cinayət qisasçılıq zəminində baş verib. Tibb işçilərinə atəş açan şəxsin anası dörd il əvvəl bu xəstəxanada vəfat edib. İlkin ehtimallara görə, qatilin öldürdüyü şəxslər bir zamanlar onun anasını müalicə etmiş həkim və tibb bacısıdır. Bundan başqa 63 yaşlı cinayətkarın açdığı atəş nəticəsində küçədən keçən bir nəfər də ağır güllə yarası alıb və ilkin tibbi yardıma baxmayaraq hadisə yerində keçinib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR