Bakıda mağazadan içərisində 4 min manat olan seyf oğurlanıb

Bakıda mağazadan içərisində 4 min manat olan seyf oğurlanıb
# 05 sentyabr 2016 10:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mağazadan seyf oğurlanıb.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 3-də Bakı şəhər sakini Elşən Nəcəfova məxsus mağazada qeydə alınıb. Naməlum şəxs və ya şəxslər mağazanın qapısının qıfılını sındırmaq yolu ilə içərisində 4000 manat pul olan seyfi oğurlayıblar. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindəoğurluqdaşübhəli bilinən Qazax rayon sakini Hamlet Məmmədov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR