Küçə reklamları qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarılıb

Küçə reklamları qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarılıb
# 04 sentyabr 2016 03:24 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Küçə reklamlarının yayımı və reklam tarifi qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Bununla əlaqədar Nazirlər Kabineti digər qərarlarda da müvafiq dəyişikliklər edib. “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə”, “Naxçıvan MSSR-nin Culfa rayonunda yerləşən “Gülüstan” tarix-mədəniyyət qoruğu haqqında Əsasnamə”, “Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən tarix-mədəniyyət qoruğu haqqında Əsasnamə” və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”də, o cümlədən “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” qərarda edilən dəyişikliklərə əsasən həmin qoruqların ərazisində və onların mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərtilə yerləşdirilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR