ABŞ-da 1982-ci ildən sonra ən yüksək bahalaşma qeydə alınıb

ABŞ-da 1982-ci ildən sonra ən yüksək bahalaşma qeydə alınıb
# 13 yanvar 2022 06:33 (UTC +04:00)

ABŞ-da 2021-ci ildə illik əsasda 7%-lik qiymət artımı qeydə alınıb.

APA-nın xəbərinə görə, bu, 1982-ci ildən indiyədək qeydə alınan ən yüksək göstəricidir.

İl ərzində enerji 29.3, ərzaq məhsulları isə 6.3% bahalaşıb. Dekabrda inflyasiyada cüzi geriləmə baş versə də, səviyyə yüksək olaraq qalır. İnflyasiya ümumi olaraq 5.5% təşkil edib ki, bu da 1991-ci ildən sonra ən yüksək göstəricidir.

Ekspertlərin qənaətinə görə, Omikron ştamı səbəbindən karantin tətbiq ediləcəyi halda təchizat zənciri pozulacaq. Bu da bahalaşmaya və inflyasiyanın artması ilə nəticələnəcək.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR