ABŞ-da məktəb avtobusu atəşə tutulub, 15 yaşlı şagird ölüb

ABŞ-da məktəb avtobusu atəşə tutulub, 15 yaşlı şagird ölüb
# 20 yanvar 2022 04:28 (UTC +04:00)

ABŞ-ın Pitsburq şəhərində naməlum silahlı şəxslər məktəb avtobusunu atəşə tutub.

APA yerli polisə istinadən xəbər verir ki, hadisə nəticəsində 15 yaşlı şagird ölüb.

Avtobusda yalnız şagird və sürücü olub. Yeniyetmə avtobusa qalxarkən döş qəfəsindən güllə yarası alıb. O, xəstəxanada dünyasını dəyişib.

Polisin şübhəliləri axtardığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR